Küçəyə soyuq aylarda, şaxtada çıxdıqda aşırı göz sulanması və üzüküləyə getdikdə gözləri yanıb sulanlar bəzən sadə problem olsa da, xəstəliklər zamanı da ola bilər.
“Medicina” xəbər verir ki, oftalmoloq Aida Babayeva hansı halda gözləri bu problemə görə yoxlatmağın lazım olduğunu bildirib.
“Küləkli havada yolu “ağlaya-ağlaya gedən” insanların çoxu bu haldan şikayətlənir, hətta qorxur. Gözlərin soyuq havaya reaksiyası təhlükəli deyil, amma aşırı sulanan gözlər yoxlanmalıdır.
Adətən çox vaxt bu orqanizmin və gözlərin qocalma prosesindən də xəbər verə bilər.
Əgər küləkdə gözlər təkcə yaşarmır, gözdə kəskin yanma, ağrı və işıqdan qorxma hissi varsa, yoxlanışa əsasdır.
Havaya reaksiya, ümumiyyətlə, gözlərin öz-özünə sulanması bu problemlərdən ola bilər.
- Allergiya
- Konyuktivit
- İltihabi proseslər
- Postnazal sindrom
- İnfeksion xəstəliklər
Özbaşına türkəçarə və damcılar istifadə etməyin, göz həkiminə müraciət edin”.
Aygün Musayeva