Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuq yay şorbası – Bişirilmir – RESEPT

  • 2019.05.20 19:10
  • 12116 Baxış
Soyuq yay şorbası –  Bişirilmir – RESEPT
Dünyanın ən yaxşı soyuq şorbalarından hesab olunan, ispan mətbəxinə aid olan Qaspaço  ən faydalı, asan hazırlanan, dadlı təam olaraq uşaqdan böyüyə çoxlarının sevimli yeməyidir.


İsti aylarda qazın qarşısında dayanmaq istəməyənlər bu şorbanı hazırlaya bilər.


Medicina.az çox restoranlarda baha qiymətə təqdim olunan qospaço reseptini təqdim edir:


Ərzaqlar:


Pomidor – 3 ədəd

Xiyar – 3 ədəd

Qırmızı bolqar bibəri – 1 ədəd

Soğan –yarım

Sarımsaq -2 diş

Zeytun yağı – 70 ml

Duz, istiot


Hazırlanması:


Tərəvəzlər yuyulur, orta ölçüdə blender üçün doğranılır. Blenderə əvvəlcə yağ, soğan, sarımsaq, duz, istiot əlavə olunur və qarışdırılır. Daha sonra tədricən xiyar, bibər, sonra pomidor da əlavə edilir blenderdə qarışdırılır.


Alınmış şorba qazana tökülüb, soyuducuda 1 saat saxlanılır. Süfrəyə verəndə üzərinə göyərti və ya tərkibindəki tərəvəzlədən çox xırda doğrayıb tökmək olar.