Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuq şorbaların faydaları və zərərləri

  • 2024.07.23 15:15
  • 887 Baxış
Soyuq şorbaların faydaları və zərərləri
Yay aylarında rəğbət görən soyuq şorbalar daha çox vitamin və mineral ehtiva edir.

Medicina.az xəbər verir ki, bunu bioloq İrina Lyalina “İzvestiya”ya bildirib.

O, soyuq şorbaların insan orqanizmi üçün faydalarından və zərərlərindən bəhs edib.

“Soyuq şorbaların isti şorbalarla müqayisədə faydalı olması spesifik olaraq şorbanın növündən və insan orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır”, - deyə mütəxəssis diqqətə çatdırıb.

O, soyuq şorbalkarın faydalarını belə izah edib:

“Soyuq şorbalar, məsələn, “okroşka”da və ya “gazpacho”da çiy, təzə tərəvəzlər olur. Bu, daha çox vitamin və mineralın saxlanmasına imkan verir.

Soyuq şorbalar susuzluğu yaxşı yatızdırır və bədəndə su balansını qorumağa kömək edir. Bu da isti havalarda xüsusilə vacibdir.

Soyuq şorbalar isti olanlardan fərqli olaraq, daha az kaloriyə malikdir və daha asan həzm olunur, buna görə də çəkisini nəzarətdə saxlayanlar üçün yaxşı seçimdir”.

Lyalina isti şorbaları soyuq havalarda yeməyi tövsiyə edib:

“Onlar ət bulyonu, nişasta və yağ tərkibinə görə çox qidalıdırlar.

Ancaq qastrit, mədə xorası, pankreatit və digər mədə-bağırsaq xəstəlikləri zamanı soyuq yeməklər mədə selikli qişasını qıcıqlandıra bildiyi üçün narahatlıq yarada bilər. Bu cür xəstəliklər zamanı çox isti şorba da eyni təsirlərə səbəb olur”.

Onun sözlərinə görə, bəzi soyuq şorbalar, xüsusən də ət bulyonu ilə hazırlananlar duzlarla zəngin ola bilər ki, bu da böyrək xəstəliyindən əziyyət çəkənlər üçün arzuolunmazdır: “ Həmçinin, soyuqdəymə və digər tənəffüs xəstəlikləri zamanı soyuq qidalar vəziyyəti daha da pisləşdirərək orqanizmdə əlavə stress yarada bilər".

Mütəxəssis sonda hər iki növ şorbanın öz faydaları olduğunu xatırladıb: "Bədənin fərdi xüsusiyyətlərini nəzərə almaq və xroniki xəstəlikləriniz varsa, həkimlə məsləhətləşmək vacibdir”.


Aysel