Hipertoniya bütün dünyada çox yayılmış bir sağlamlıq problemidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, təxminən 1 milyard 300 milyon hipertoniya xəstəsi var.
Medicina.az xəbər verir ki, mütəxəssislər soyuq havanın təzyiqi yüklətdiyini bildirirlər.
Türkiyəli kardiologiya mütəxəssisi Prof. Dr. Bunu Engin Bozkurt deyib:
“Soyuq hava bədəndəki damarların daralmasına səbəb olur ki, bu da qan təzyiqini bir qədər yüksəldir. Bu vəziyyət xüsusilə 80 yaşdan yuxarı insanlarda, hipertoniya diaqnozu qoyulmuş xəstələrdə və ürək-damar xəstəlikləri olan şəxslərdə özünü daha qabarıq göstərir”.
Niyə soyuq hava təzyiqi artırır?
Bunun bir neçə səbəbinin olduğunu vurğulayan Prof. Dr. Bozkurt, “Bir çox insan soyuqda üşümək və xəstələnmək qorxusundan çölə çıxmır. Beləliklə, fiziki fəaliyyət azalır. Bu, qan təzyiqinin bir qədər artmasına səbəb olur" deyir.
Bəs, hipertoniya xəstələri qış aylarında nələrə diqqət etməlidir?
Bozkurt qış aylarında təzyiq səviyyəsini normallaşdırmaq və nəzarət altında saxlamaq üçün bir neçə mühüm addımın atılması lazım olduğunu bildirir.
İsti geyinmək vacibdir
Prof. Dr. Engin Bozkurt xəstələrin bədən istiliyini qoruyacaq şəkildə geyinmələrinin son dərəcə vacib olduğunu vurğulayır.
"Xüsusilə çölə çıxarkən soyuqdan qoruyan paltarlar geyinilməli, beret, əlcək kimi aksesuarlardan istifadə edilməlidir. Ani temperatur dəyişikliklərindən qaçınmaq lazımdır, məsələn, soyuq mühitdən isti mühitə keçərkən diqqətli olmaq lazımdır. Duz qəbulu məhdudlaşdırılmalı, sağlam və balanslı bəslənməyə riayət edilməlidir, eyni zamanda işlənmiş qidalardan da qaçınılmalıdır."
Məşq edin
Qış aylarında fiziki aktivlik azala bilər. Buna görə də evdə edilə bilən yüngül məşqlərə üstünlük verilməlidir. Bundan əlavə, siqaret və spirtli içkilərdən qaçınılmalı, kifayət qədər yuxu təmin edilməli və stresdən uzaq durmaq lazımdır.
Prof. Dr. Engin Bozkurt təzyiq dərmanlarının mütəmadi olaraq qəbul edilməsinin və həkim müayinələrinin lazım olduğunu vurğulayır.
Bundan əlavə, insanlar müntəzəm olaraq qan təzyiqlərini ölçməli və qəfil dəyişikliklər zamanı dərhal həkimə müraciət etməlidirlər.
Aygün Nəbiyeva
Medicina.az