Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuq duş və dənizə girmək ürək xəstələrinə ziyandır - İnfarkt ola bilər

  • 2022.05.18 17:40
  • 3019 Baxış
Soyuq duş və dənizə girmək ürək xəstələrinə ziyandır  - İnfarkt ola bilər

Ürəyin işemik xəstəliyi olanlar soyuq duş, su, dənizə girməkdən ehtiyat etməlidir.



Bakupost.az xəbər verir ki, bu barədə kardioloq Aleksey Xuxrev danışıb.

“Yaz-yay aylarında insanlar daha az isti suda çimir, duş alır, yayda soyuq hovuz, dənizə girir. Ürək damar xəstəlikləri olanlar soyuq su ilə bədənin təmasına diqqət yetirməlidir.


Qəfildən bədənin soyuq suya girməsi zamanı damarların, ürəyin əsas koronar damarlarının spazmı baş verir. Sağlam insanı bu gümrahlaşdırır, ürək xəstəliyi olanların səhhətində isə problemlər ola bilər. Spazm zamanı qan dövranı bir anlıq pozulur.


Ürək, təzyiq dərmanları qəbul edənlər üçün soyuq hovuz, dəniz ürək və beyin qan dövranında problem yarada bilər. Bu insanlar soyuq suya girib tez çıxmalı, bədəni dəsmalla sürtməli, dərhal hərəkət etməlidirlər.
Bədəni tədricən yaz-yay fəslinə alışdırmaq lazımdır”.


Aygün Musayeva
BakuPost