Mal qaraciyəri soyuq aylarda orqanizmə dəstək üçün ən yaxşı qida elan edilib.
"Medicina" xəbər verir ki, diyetoloq Yelena Solomatina qaraicyərin subqida olduğunu açıqlayıb.
"Soyuq havalarda orqanizmin aktiv olmasını istəyirsizsə, bütün funksiyaların yaxşı işləməsi üçün qaraciyər bişirib yeyin.
Bu qidada olan zülal immunitet üçün əsas zülal bazasını təmin edir.
Qaraciyərdə qışda defisit olan D vitamini də var.
Eləcə də onda immunitet üçün vacib olan A vitamini çoxdur.
A vitamini bütün orqanların selikli qişasını təmir edir.
Qaraciyəri istiot və zəncəfillə hazırlayın. Onu çox qızarmayın.
Belə yedikdə orqanizmdə iltihab azalar, antioksidant təsir edər.
Qaraciyəri 5 yaşından yuxarı uşaqlara da verə bilərsiz".
Aygün Musayeva