Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuducuya qoyduqda zəhərə çevrilən ƏRZAQLAR

  • 2021.04.17 13:44
  • 2174 Baxış
Soyuducuya qoyduqda zəhərə çevrilən   ƏRZAQLAR
Bir çox ərzaqları soyuducuya qoyduqda xəstəliyə səbəb ola biləcəyini bilirsinizmi? Bəs bu ərzaqlar hansılardır? Onlarla tanış olduğunuzda çox təəccüblənəcəksiniz.


Medicina.az sizə həmin ərzaqların siyahısını təqdim edir:

Şirniyyatlar

Bal, mürəbbə və şokolad kimi şirin qidalar soyuducuda qaldıqda təbii keyfiyyətlərini itirirlər. Həmçinin bal və mürəbbənin axıcılığı da pozulur.

Qəhvə

Soyuducunun soyuq və nəmli havası qəhvənin həm ləzzətini, həm də görünüşünü korlayır.

Kartof

Soruculuğu yüksək olan kartofun dadı yerləşdiyi yerin havasından asılı olaraq dəyişir. Soyuducuda bir gündən artıq qalan kartofun görünüşü dəyişməsə də, tamı və keyfiyyəti dəyişir. Bu cür kartof bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Sarımsaq

Antiseptik xüsusiyyətə malik olan sarımsaq sadəcə 2 gün soyuducuda qaldıqda bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir.

Pomidor

İllərdir ki, hər kəsin yalnış bildiyi bilgilərdən biri də pomidorun soyuducuda saxlanması fikridir. Əslində isə pomidor soyuducuya qoyulduqda soyuq havanın təsiri ilə daha tez xarab olur. Qabığı qırışan pomidorda bakteriyalar çoxalır və istifadə edilərkən bir sıra həzm xəstəlikləri meydana gətirir.