Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuducudan soyuq yeməkləri yeməyin

  • 2022.07.12 15:17
  • 2255 Baxış
Soyuducudan soyuq yeməkləri yeməyin


Soyuq qidalar yemək artıq çəkidən qurtulmağa kömək etmir, əksinə, bu, immunitetin zəifləməsinə və mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.


Medicina.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yevgeni Arzamasçev Gazeta.Ru-ya danışıb. Mütəxəssisin sözlərinə görə, soyuq yeməkləri həzm edərkən orqanizm çox az enerji sərf edir ki, bu da arıqlamağa kömək etməyəcək: "Əgər siz məşhur “buz” pəhrizinə sadiq qalsanız, mədə problemləri qazana bilərsiniz".

“Bədən soyuq yeməkdən sonra özünü isitməyə bir qədər enerji sərf edəcək, lakin bu, cüzi kaloridir. Yeməkləri soyuq halda yeməklə qəbul etdiyimiz kalorinin minimum miqdarını itirəcəyik, bu heç bir şəkildə arıqlamağa təsir etmir. Soyuq yemək həm də bədənin immun müdafiəsinin kəskin azalmasına və respirator xəstəliklərinin yaranmasına səbəb olacaq”, - ekspert yekunda bildirib. /publika.az/