Soyuducuların qapısında yumurtalar üçün hazırlanmış bölmədə əslində ərzaq saxlamaq olmazmış.
Medicina.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində əslində bu bölmənin yumurtalar üçün ən pis saxlama yeri olduğu məlum olub. Buna səbəb hər qapı açıldığında yumurtaların fərqli temperatura məruz qalmasıdır. Bu, onların keyfiyyətinin azalmasına gətirib çıxarır.
Soyuducuda saxlamaq əvəzinə sərin və quru bir rəfdə saxlanan yumurtalar eyni temperaturda qaldığı üçün uzun müddət xarab olmur.
Soyuducuda saxlamaq istəyənlər isə qapaq hissədə deyil, soyuducunun iç qismində saxlamalıdırlar.