Valentina Seymovanın möcüzə mazı, sovet dövründə ən populyar resept idi və o dövrdə mətbuatda yüzlərlə xəstə tərəfindən müsbət rəy almışdı.
Medicina.az evdə özünüzün də asan hazırlaya biləcəyiniz mazın faydalarını təqdim edir:
fibriomioma, mastopatiya, qastrit, qanqrena, xora, yanıqlar, deşiklər, yaralar, oynaqlar, irinli yaralar, haymorit, ekzema, yumurtalıq kistləri – bütün bunları sağalda bilir.
Tərkibi:
Bitki yağı - 50 ml
Təbii Mum - 30 qr
Yumurta sarısı 3 ədəd
Hazırlanması:
Emallı qaba bir stəkan bitki yağı töküb, bura kibrit qutusu boyda təmiz arı mum atılır və zəif odda mum əriyənə kimi qızdırılır. Suda bişmiş yumurtanın sarısı çıxarılır, çəngəllə əzilir və aramla odun üzərindəki qarışımın içinə qatılır. ( qabda yağ qaynara düşüb çırtıldayanda yumurta əlavə olunmalıdır). Ilk yumurtanı əlavə edən zaman köpüklənmə olacaq. Əlinizin altında dəsmal olsun. Köpüklənən kimi qabı dərhal oddan götürün, bir neçə dəqiqə kənarda saxlayıb mütəmadi qarışdırın, yenidən odun üzərinə qoyun. Beləcə 3 dəfə təkrarlayın. Maz hazırdır. Bu qarışımı tənzifdən yox, tüldən süzmək lazımdır. Tülü 2 dəfə qatlayıb, qarışımı süzün. Hazır maz şüşə qabda soyuducuda aylarla qala bilir.
Mazı salfet üzərinə çəkməklə lazım olan nahiyəyə qoyub, bağlamaq lazımdır.
Haymoritdə buruna, otitdə qulağa damcılana, çəkilə bilər. Qadın xəstəliklərində tampon kimi qoyulur.