Hazırda da apteklərdə satılan, elə də baha olmayan Timalin adlı preparat bir çox ağır xəstəliklər, o cümlədən şişlər və onkologiyanın müalicəsində çox effektivdir, hansı ki, bu xəstəliklər immunitetin zəifləməsi səbəbindən baş qaldırır.
Medicina.az xəbər verir ki, dərmanın maraqlı tarixçəsi var. Ötən əsrin 70-ci illərində Çita tibb institutunda gənc alimlər Vladimir Xavinson və Vyaçeslav Morozov tərəfindən yeni immunmodulyator hazırlanıb.
Onun əsas tərkib hissəsi heyvan timusundan alınıb. Ona görə adı da Timalin qoyuldu.
Timus hüceyrə səviyyəsində immunitetə cavabdehdir, orqanizmi bakteriya, virus, xəstə hüceyrələrdən qoruyur.
Preparatın kliniki sınaqlarını tibb elmləri doktoru Valentina Patenyuk aparıb. O, təcrübədə ümidsiz, ağır dərəcədə olan xərçəng xəstələrinə bu preparatı tətbiq edib, onların 90%-i sağalmır, digərlərinin isə vəziyyəti xeyli yaxşılaşmışdı.
Preparatın orqanizmə təsiri nəticəsində immunitet o həddə qədər yüksəlmişdi ki, xərçəng hüceyrələri qısa müddətdə geri çəkilmişdi.
İndi hətta Amerika onkoloqları bu nəticəyə gəlib ki, məhz immunitetin dağılması xərçəng və metastaza səbəb olur. Onu qaldırmaq, bərpa etmək xərçəngin müalicəsində birinci məsələdir.
Həm sovet dövründə, həm də indi bir çox dünya ölkələrində onkoloqlar timalindən istifadə edir. Lakin akademik tibb hələ də onu xərçəngin dərmanı kimi rəsmi tanımayıb, müalicə sxeminə daxil etməyib.
Hətta yaxşı ki, indi apteklərdə tapılan dərmanın təyinatında onkologiya barədə bir kəlmə də yoxdur.
Rusiyada bir çox təcrübəli onkoloqlar indi də xəstələrinə bu preparatı təyin edir.
Hələ sovet dövründə dərmanın kliniki tədqiqatını aparan Valentina Patenyuk bu barədə təəssüflə belə deyib:
"Bizim bu preparatın xərçəng əleyhinə təsirini Qərb belə qəbul edir, amma Rusiya və MDB-də bu preparata rast gəlmirik. Biz hələ o vaxt təyin etmişdik ki, xərçəng immundefisit vəziyyətidir, xəstə sağalsın, yaşasın deyə, onun immuniteti yüksəlməli, ideala yaxın olmalıdır. Buna görə orqanizmə periodik olaraq immunitet qaldıran, bərpa edən preparatlar yeridilməlidir.
Biz onkoloji xəstələləri timalinin böyük dozaları ilə müalicə edirik. Birdəfəyə 6-7 flakon yeridilir.
Bu cür müalicəyə bütün infeksion xəstəliklər də təslim olur.
Məsələn, 67 yaşlı nənə ağciyərlərin 4-cü dərəcəsindən bu preparatla xilas oldu. Çox onkoloqların bədbin proqnozuna rəğmən sağaldı, metastazlar belə çəkildi.
Bir kişi pasiyentimizdə isə mədədə metastazlı şiş vardı. Onun mədəsi tam çıxarılmalıydı. Lakin xəstə timalin metodunu seçdi və sağaldı. Bunu sübut edən rentgen və analizlər var".
Professor Patenyuk deyir ki, onkoloji müalicə artıq mövcud şişlərin şüa və kimyaterapiya ilə parçalanıb ləğv olunmasına inanır. Lakin özləri də görür ki, şüalanma zamanı sümük iliyi limfositləri az sintez edir, qanda limfositlər kəskin düşür. Bu o deməkdir ki, orqanizmin müdafiə sistemi çökdü. Bu zaman kimyanı da saxlayırlar, çünki xəstə ölə bilər.
Bu fasilə zamanı şiş hüceyrələri özünə gəlir, gücünü bərpa edir, təzədən aktivləşir.
"Amma bizim təcrübəmizdə timalin almış xəstədə şüa və kimyaterapiyadan sonra belə residivlər baş verməyib. Çünki bu dərman sümük iliyinə yaxşı təsir edir, nəticədə immunitet yüksəlir".
Hazırda bu xanım professor öz xəstələrinə kimyaterapiya təyin etmir, timalin, ronko leykin və beta leykin infuziyaları ilə kifayətlənir.
" Bu, özü də kimyaterapiyanın bir növüdür, sadəcə aqressiv deyil. Bunlar hüceyrə nüvəsi üçün peptidlərdir. İmmun hüceyrələri özləri bərpa olub, şiş hüceyrələri ilə mübarizə aparır.
Hazırda bu dərman üzərində yeni elmi işlər, təcrübələr aparılır. Bu yekunlaşandan sonra dəqiq rəqəmlər, nəticələr rəsmi olaraq əldə olunacaq.
Timalin preparatı hansı xəstəliklərdə effektivdir:
-Kəskin virus, bakterial infeksiyalar
-Bronxial astma
-Revmatoid artrit
-Dağınıq skleroz
-İrinli və iltihabi xəstəliklər
-Troxik xoralar
-Yüksək dozada antibiotik qəbulundan sonra
-Müxtəlif infeksiyalarda
Timalin uşaq və böyüklər üçün müxtəlif dozalarda uyğundur.
Diqqət: bütün digər preparatlar kimi Timalinini də sizi müalicə edən həkimlə məeləhətləşərək qəbul edin.