Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sovet alimləri dəhşətli viruslardan necə qorunurdu? - Laboratoriya sirləri

  • 2021.03.04 15:59
  • 3425 Baxış
Sovet alimləri dəhşətli viruslardan necə qorunurdu?  - Laboratoriya sirləri

Rusiyanın Kirov adına xəstəxanasının aparıcı psixoterapevti, sovet illərində hərbi həkim işləmiş, tanınmış həkim Nikolay Kosenkov özünün təcrübə etdiyi köhnə bir metodu yada salıb.

Medicina.az xəbər verir ki, 1978-ci ildə ölkədə çox güclü qrip epidemiyası yayılmışdı və bütün yeni həkimləri ölkəboyü tibbi məntəqələrə yardım üçün səfərbər etmişdilər.

“Xəstəxanaya hər gün ağır infeksiyalı xəstələr gəlirdi. 2 gecə idi ki, ölənlər olurdu. Tibb işçilərinin yoluxmaması mümkün deyildi. O zaman biz heparinin virus xəstəliklərinə qarşı istifadəsini sınamaq qərarına gəldik. Bəs necə edək ki, heparini inyeksiyasız orqanizmə daxil edək? Belə bir ideya yarandı ki, 0, 1 ml heparini qəndə damızdırıb, dilin altına qoyub əritməklə.
Əvvəlcə biz həkimlər bunu sınadıq. Hər dəfə xəstə ilə kontaktdan 1 saat öncə qəndi dil altına qoyurduq. Həqiqətən də kömək etdi. Həmin vaxt kursda yeganə yoluxmayan bir iki həkim oldu, onun da biri mən idim.

Hesab edirəm ki, bu metodu koronavirusa yoluxmamaq üçün də istifadə etmək olar. Yeri gəlmişkən, xarici elmi tibbi məqalələrdə, virus infeksiyalarında heparinin effektivliyi barədə çox yazılıb. Həkimlər bu barədə düşünsə yaxşı olar. Amma adi insanlar özbaşına heparinlə müalicəyə qalxmasınlar. Öncə həkimlə məsləhətləşsinlər”.