Termiki emal edilmiş qidalar mədəaltı vəz xərçəngi riskini artırır.
“Medicina” xəbər verir ki, professor Oksana Drapkinanın sözlərinə görə, mədəaltı vəz xərçəngi ən çətin, ən amansız, gec aşkar olunan xəstəlikdir.
“Bu amansız xəstəliyə daha çox kişilər tutulur, çünki onlar siqaret çəkir, içki içir və xroniki pankreatit xəstəliyi olur.
Kolbasa, sosis yeyənlərdə mədəaltı vəz daha çox iltihablanır.
Çox miqdarda emal edilmiş qidalar zamanla öz zərərini göstərəcək.
Mədəaltı vəzin xərçənginin əlamətləri:
Qarının yuxarı mərkəzində kürəyə verən ağrı, sarılıq, dəri qaşınması, nəcisin rənginin dəyişməsi, həzmin pozulması, səbəbsiz çəki itkisi”.
Aygün Musayeva