Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sosial şəbəkələrdəki “dietoloqlar”dan 5 zərərli məsləhət

  • 2024.07.23 23:55
  • 1498 Baxış
Sosial şəbəkələrdəki “dietoloqlar”dan  5 zərərli məsləhət
Gün keçdikcə sosial şəbəkələrdə peyda olan dietoloqların, qidalanma üzrə mütəxəssislərin də sayı artır. Təəssüf ki, onların məsləhətləri insanlara kömək etməkdən daha çox zərər verə bilər.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Qida Sistemləri üzrə Federal Elmi Mərkəzinin direktoru Oksana Kuznetsova “Rossiyskaya qazeta”ya danışıb.

“Sosial şəbəkələrdə dırnaqarası dietoloqların tez-tez verdiyi məsləhətlərdən biri çiy qida pəhrizidir. Ancaq yalnız bişməmiş, bitki mənşəli qidaları yeməməlisiniz. Pəhriz balanslı olmalıdır”, - Kuznetsova bildirib.

Mütəxəssis qeyd edib ki, populyarlıq baxımından ikinci yerdəki pis məsləhət ətdən imtina etməkdir: “Ətdə orqanizm üçün lazım olan bir çox komponent var”.

“Üçüncü yerdə müxtəlif, qeyri-adi pəhrizlər və elmi tərəfi olmayan qidalanma rejimləri durur. Pəhrizinizi kəskin şəkildə dəyişdirməzdən əvvəl qan verməli, orqanizmdə hansı elementlərin çatışmadığını başa düşməli və bundan sonra qidalanma rejiminizi qurmalısınız. Bir çox insan bloqqerləri dinləyərək radikal pəhrizlərə davam edir və bədənlərinə zərər verirlər”, - deyə mütəxəssis diqqətə çatdırıb.

Onun sözlərinə görə, indi məşhur olan bir fikirlərdən biri də budur:

“Pəhrizdən sonra enerji və yüngüllük varsa, deməli hər şey qaydasındadır fikri geniş yayılıb. Halbuki, əslində bədən sadəcə səfərbər olur və son gücünü vəziyyəti normada saxlamağa sərf edir”.

Mütəxəssis, həmçinin zülallara və ya yağlara, eləcə də karbohidratlara radikal keçidlərdən çəkinməyi tövsiyə edib.

“Soya və ya küncüt kimi bir çox komponentin böyük miqdarda istehlakı orqanizm üçün zərərlidir. Bir çay qaşığı küncüt toxumundan artıq yeyə bilməzsiniz, əks halda bədənə zərər verəcəksiniz. Lakin bir çox insan bu barədə bilmir və bu məhsulları hər yeməyə əlavə edirlər”, - deyə mütəxəssis vurğulayıb.


Aysel