Sosial şəbəkələr, facebook, instagram insanlarda təşviş pozuntusunu 12% artırıb.
"Medicina" xəbər verir ki, beynəlxalq elm qrupu ABŞ-ın 775 kollecinin tibbi məlumat bazasını incələyib.
Daha sonra 8000 tələbədən psixi və fiziki sağlamlıq barədə sorğu aparılıb.
Məlum olub ki, sosial şəbəkələrdən çox istifadə edənlərdə depressiya 9%, generalizə olunmuş təşviş həyəcan pozuntusu isə 12% artıb.
Alimlər bildirir ki, buna səbəb uyğun olmayan sosial müqayisə və ümidsizlikdir.
Onlar yeniyetmə və gəncləri sosial şəbəkələrdə gündə 2 saatdan çox olmamaq şərtilə istitadə etməyi tövsiyə edir.
Aygün Musayeva