Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Sosial məsələlərin, məişət zorakılığı və erkən nikah mövzularının mediada işqlandırılması” – Paneldə müzakirə

  • 2024.05.03 15:57
  • 737 Baxış
“Sosial məsələlərin, məişət zorakılığı və erkən nikah mövzularının mediada işqlandırılması”  – Paneldə müzakirə


Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum öz işinə başlayıb.


Forumun II panelində “Sosial məsələlərin, məişət zorakılığı və erkən nikah mövzularının mediada işqlandırılması” mövzusu dövlət qurumları nümayəndələri, ictimai təşkilatıar və media nümayəndələri diskussiya apardı.


Paneldə spikerlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman müşaviri Rəşad Novruzov, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin hüquq departamentinin rəhbəri Taliyə İbrahimova, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fazil Talıbov, “TƏBİB” İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova çıxış etdilər.


Bildirildi ki, son zamanlar hər 3 quruma aid mövzularla bağlı mətbuatda paylaşılan mövzular, xəbərlər həssas təbəqədə maraqla yanaşı narahatlıq yaradır.


Xəbərlərdə qurban, dəhşət, şok sözünün yerli –yersiz istifadəsi müşahidə olunur.


Jurnalistlərə dövlət qurumları ilə əməkdaşlıqda rast gəldikləri çatışmazlıqları müzakirə etmək təklif olundu.


Aygün Musayeva