Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Mütəxəssislər kökəlmək istəyənlərə xəbərdarlıq edirSOS! Bu “təbii qida”lara pul xərcləyib, xəstəlik tapırıq...

  • 2018.12.07 16:29
  • 15326 Baxış
 - Mütəxəssislər kökəlmək istəyənlərə xəbərdarlıq edir SOS! Bu “təbii qida”lara pul xərcləyib, xəstəlik tapırıq...
Bu gün dünyada arıqlamaq, incə olmaq nə qədər qlobal bir problem olsa da, çəki almaq istəyən insanların da sayı az deyil. Onlardan bəziləri sağlam qidalanma, düzgün rejimlə kökəlməyə üstünlük versə də, bəziləri protein qəbuluna başlayır. Mütəxəsislərin bildirdiklərinə görə, protein tərkibli içkilər dərman vasitəsi hesab olunmasa da, onun vura biləcəyi fəsadlar kifayət qədərdir. Çünki bəzi protein tozlarının tərkibində hələ də araşdırılmayan maddələr mövcuddur. 2010-cu ildə "Consumer Reports” 15 firmaya mənsub olan protein tozlarının tərkibini test edərək orda qurğuşun, arsen, civə, kadmium kimi ağır metalların olub-olmadığını araşdırıb. 3 protein tozunda adları sadalanan sağlamlıq üçün təhlükəli metalların olduğu təsdiqlənib.  


Protein satışı ilə məşğul olan şirkətlərdən isə tamamilə təbii tərkibli olan bu vasitələrin insan orqanizminə heç bir yan tərisinin olmadığı bildirilir. Ölkəmizdə protein tərkibli içkilər, balıq yağları, şokolad, qəhvə kimi bir sıra məhsullar xüsusi firmalar tərəfindən satılır. 


Medicina.az-ın əməkdaşı bu firmalardan bir neçəsinin səyyar şəkildə fəaliyyət göstərən işçiləri ilə əlaqə saxlayaraq məhsulların tərkibi və sağlamlığa təsirləri ilə maraqlanıb. Firmadan məhsulların tamamilə təbii və sağlamlıq üçün təhlükəsiz olduğu bildirilib. 


Amma statistika göstərir ki, vəziyyət heç də təqdim edilən kimi deyil. Bir çox qadınlar bu arıqlamaq və kökəlmək üçün məhsullardan istifadə etdikdən sonra səhhətlərində problemlər yaşadıqlarını bildiriblər. Əsasən də qadınların reproduktiv orqanlarında çox ciddi fəsadlar meydana çıxıb.  


Medicina.az protein tərkibli qidalarla bağlı uro-ginekoloq Aygün Səlimovanın fikirlərini öyrənib. Mütəxəssis bildirib ki, protein tərkibli içkilər qadın cinsi hormonlarının balansını kəskin şəkildə poza bilər: "Bu səbəbdən də qadınlarda aybaşı, həmçinin ovulyasiya prosesinin pozulması, hətta yumurtalıqlarda kistaların yaranması səbəbindən sonsuzluq problemləri meydana çıxa bilər. Buna görə də reproduktiv orqanlarında problem olan qadınlar yaxşı olardı ki bu cür məhsullardan imtina edərək daha sağlam yollarla arıqlamağa və ya kökəlməyə cəhd etsinlər”.


"Protein tərkibli içkilər yalnız cinsi orqanlara deyil, həmçinin də ürəyə də ziyandır”. Bu sözləri isə invaziv-kardioloq Rasim Məhərrəmov mövzu ilə bağlı danışarkən deyib. 


"Zülal əzələlərin yanacağı hesab olunur. Əzələ hüceyrəsinin işləməsi üçün orqanizmin zülala ehtiyacı var. Hər bir normal qidalanan insanın gündəlik rasionunda müəyyən qədər zülal tərkibli qidalar yer alır. Belə ki, gün ərzində qəbul edilən 30 qr zülal orqanizmin normal işləməsi üçün kifayət edir. Ancaq bəzi hallarda artıq çəkili insanlar arıqlamaq məqsədilə və ya idmançılar əzələlərini böyütmək üçün əlavə protein tərkibli içkilər qəbul edirlər. Belə olduqda gündəlik normadan artıq qəbul edilən protein və əzələyə düşən fiziki güc sayəsində əzələ kütləsi artr. Ürək də əzələdən ibarət olan bir orqan olduğu üçün təbii ki, bu, ürəyə də təsir göstərir. Ürək toxumasının çox güclü olmasına baxmayaraq protein qəbulu çox vaxt ürəkdə bir sıra qüsurlara gətirib çıxarır. Protein içkilər əsasən ürək əzələsində qalınlaşma (hopertrofiya) və ürək çatışmazlığına səbəb olur”, - deyə həkim qeyd edib.


Protein tərkibli içkilər haqda diyetoloq fikrini də öyrəndik. Diyetoloq Vüsalə Tağıyeva zülal maddəsini təbii qidalardan almağı məsləhət görüb: "Arıqlamaq üçün istifadə edilən protein tozları bu maddələrin tərkibində xolestrin olduğu üçün sağlamlığa bir sıra zərərlər vura bilər. Bu içkilərin həddən çox qəbulu zamanı qlüten xəstəliyi, amin turşularının metobolizminin pozulması, mədə-bağırsaq sisteminin bir sıra xroniki xəstəlikləri meydana çıxa bilər. Protein içkiləri allergiyası olan insanlara da əks göstərişdir. Buna görə də arıqlamaq və ya kökəlmək istəyən insanlar yaxşı olardı ki, hazır protein tozları ilə deyil, təbii yollarla məqsədlərinə nail olsunlar”.


Sonda xatırladaq ki, avstraliyalı bodibilder Meqan Hefford protein tərkibli içkilər qəbul etdikdən sonra üzə çıxan genetik xəstəlik səbəbindən həyatını itirib. 


Bütün sadalananları nəzərə alaraq sağlamlığınızı təhlükəyə atmadan sağlam arıqlamaq, kökəlmək və ya idmançı bədəninə sahib olmaq üçün hazır protein içkilərindənsə ev şəraitində özünüz hazırladığınız kokteyllərdən istifadə edə bilərsiz. 


Bununla bağlı materiallarımız olacaq.


Arzu

Medicina.az