Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Altsheymer xəstələrinin sayı iki dəfə artaraq, 82 milyon nəfərə çatacaqSOS -

  • 2019.08.09 10:38
  • 4389 Baxış
 Altsheymer xəstələrinin sayı iki dəfə artaraq, 82 milyon nəfərə çatacaq SOS -
Demensiya xəstələrinə qulluq etməyə və onların müalicəsinə sərf olunan illik xərclər trilyon dollara bərabərdir. Bu, yerdə qalan bütün əczaçılıq vasitələrinə ümumilikdə sərf olunan qlobal xərclərdən çoxdur. Medicina.az bu barədə BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir. Əhalinin qocalması ilə bağlı bu xəstəliyin müalicəsinə innovasiyalı yanaşma bəşəriyyətin aktual məsələlərindən birinə çevrilir. Ekspertlər hökumətlərə demensiyaya qalib gələ biləcək bir sıra tədbirlər təklif edirlər. Dünya Səhiyyə Təşkilatının son hesabatında bu xəstəliyin böyük sosial əhəmiyyət kəsb edən intellektual xüsusiyyətlərinə ayrıca fəsil həsr olunub. Demensiyanın ağır növlərindən biri olan Altsheymer xəstələrinin sayı son 10 ildə iki dəfə artaraq, 82 milyon nəfərə çatacaq. Əsrin ortalarınadək isə bu rəqəm 3 dəfə arta bilər. Dünyanın hər yerində əczaçılıq şirkətləri bu xəstəliyin ən azı başlanğıcını ləngidə bilən dərmanlar hazırlamağa cəhd edirlər. Hesablanıb ki, xəstəliyin əlamətləri hətta bir il ləngidilərsə, o zaman 2050-ci ilədək Altsheymer xəstələrinin sayının 9 milyon azaldılmasına müvəffəq oluna bilər. Altsheymer xəstəliyi xroniki, irəliləyən xəstəlikdir. Bir qayda olaraq, bu xəstəliyə yaşı 65-dən yuxarı insanlar tutulur. Erkən əlamətlərinə yaddaşın və təfəkkür qabiliyyətinin korlanması daxildir ki, bunları da pasiyentlər özləri hiss edirlər. Daha sonra koqnitiv problemlər və davranışda dəyişikliklər baş verir. Nəticədə bunlar əlilliyə gətirib çıxarır: insanlar müstəqil olaraq özlərinə qulluq edə bilmir və əksər hallarda yaşlılar üçün bahalı olan qocalar evinə köçməyə məcbur olurlar. Bu gün 50 milyon demensiyalı insan yaşayır. Qeyd olunduğu kimi onların sayı yaxın onillikdə daha da artacaq. Beyində dəyişikliklər hələ ilk kliniki əlamətlərin əmələ gəlməsindən, yaddaşın korlanmasından 10-20 il əvvəl müşahidə olunur. Alimlər mikroskop altında müəyyən molekulyar xüsusiyyətləri müşahidə edə bilərlər. Bu xüsusiyyətlər patoloji proseslərin əlamətləri və xəstəliyin sələfləridir. Hazırda birbaşa bir neçə dərman sınaqdan keçirilir. Alimlər ehtimal edirlər ki, Altsheymer xəstəliyini və ya demensiyanın digər növünü sağaltmağa yeganə dərman preparatı mövcud deyil. Bu, daha çox İnsanın İmmunçatışmazlığı Virusunun müalicəsində tətbiq olunduğu kimi kompleks müalicə şəklində olacaq.
Mütəxəssislər daha çox pasiyentin yeni bahalı dərmanlar almalarından ötrü hökumətləri sosial yardımla təmin etməyə çağırırlar.

 

 

 
 Altsheymer xəstələrinin sayı iki dəfə artaraq, 82 milyon nəfərə çatacaq SOS -
 Altsheymer xəstələrinin sayı iki dəfə artaraq, 82 milyon nəfərə çatacaq SOS -
 Altsheymer xəstələrinin sayı iki dəfə artaraq, 82 milyon nəfərə çatacaq SOS -