Uşaqlıq mioması və endometrioz kimi xəstəliklər çox halda cərrahi müdaxilə tələb edir, bu da toxumada bitişmələrin inkişafına səbəb olur, mürəkkəb hallarda isə sonsuzluğun inkişafına təsir edir.
Qadınlarda daha çox rast gəlinən xoşxassəli miyomektomiya, uşaqlıq miomasının çıxarılmasından sonra yapışmalar, bitişiklər (spaykalar) əmələ gəlir.
“Medicina” xəbər verir ki, Rusiyalı professor Natali Şukinanın sözlərinə görə, əməliyyatdan sonra, orta hesabla 45-50% hallarda intrauterin yapışmalar əmələ gəlir.
“Mənfi təsirləri minimuma endirmək və yapışma riskini azaltmaq üçün hormon terapiyası istifadə olunur. Bununla belə, əməliyyatdan sonra ilk iki ayda tromboz riski var.
Buna görə də mütəxəssislərin fikrincə, daha təhlükəsiz və daha effektiv üsullar patoloji birləşdirici toxumanın böyüməsinə mane olan ferment preparatlarının istifadəsidir.
Yapışmalar yalnız əməliyyatdan sonra deyil, ginekoloji xəstəliklər nəticəsində də baş verə bilər. Ən azı 60% hallarda, xroniki bir xəstəlik olan endometrioz, bədənin yerli iltihab reaksiyasına görə yapışmaların görünüşünə səbəb olur”.
Günay Quluzadə