Kişi və qadınlarda sonsuzluğun müalicəsi hələ ki Xidmətlər Zərfinə daxil edilməyib.
Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, sonsuzluğun müalicəsi gələcəkdə Xidmətlər Zərfinə daxil ediləcək:
“Bu, artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar Xidmətlər Zərfində var”.