Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sonsuzluğun genetik səbəbləri - Harda, necə yoxlanmalı?

  • 2021.03.09 15:23
  • 2271 Baxış
Sonsuzluğun genetik səbəbləri -  Harda, necə yoxlanmalı?

Sonsuzluq ən çox rast gəlinən və insanların 15%-nin məruz qaldığı olduqca vacib sağlamlıq problemidir. Bu kliniki halların 35-40%-ni isə kişi sonsuzluğu təşkil edir.

Son illərdə aparılan bir çox tədqiqat reproduktiv funksiyalarda əhəmiyyətli dərəcədə azalma və subfertil kişi populyasiyasında artım olduğunu göstərir. Bu vəziyyətin həm genetik, həm də ətraf mühit faktorlarından qaynaqlandığı düşünülür.

Əsas genetik səbəblər:

➡️Major xromosom anomaliyaları
➡️Y xromosom mikrodelesiyaları
➡️Kistik fibroz xəstəliyi
➡️Bəzi nadir genetik sindromlar


Y xromozom mikrodelesiyaları, Klinefelter sindromundan sonra kişi sonsuzluğunda ən sıx rastlanan genetik amildir.

Son on ildə infertil kişi pasiyentlərdə Y xromosom mikrodelesiyalarının varlığını aşkar etmək molekulyar delesiya analizini bütün dünyada əhəmiyyətli bir diaqnostik test halına gətirdi.

Analizə görə Afgen Genetik Diaqnoz Mərkəzinə müraciət edə bilərsiniz.