Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Professordan protein xəbərdarlığı Sonsuzluğa yol açır

  • 2018.12.15 09:03
  • 9305 Baxış
 - Professordan protein xəbərdarlığı  Sonsuzluğa yol açır
"Reklam edilən proteinlərin qəbulu insan sağlamlığına mənfi təsir edir". 


Bunu Medicina.az-a müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri,  professor,  Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi Tofiq Cahingirov bildirib. 


Professor bildirib ki, bir kardioloq kimi belə proteinlərin qəbulunu məsləhət görmür: "Ən gözəl protein, ən gözəl sağlamlıq müəyyən bir çərçivədə, peşəkar, həkim məsləhəti çərçivəsində idmanla məşğul olmaqdır. Yaddan çıxarmaq olmaz ki, müxtəlif tərkibli proteinlər var. Proteinlər nəinki ürək, qan-damar  sisteminə, böyrəklərə, digər orqanlara mənfi təsir edir. Hətta proteinlərin cavanlarda sonsuzluğa yol açmasına dair faktlar var. Bəzən protein qəbulu ilə bağlı düzgün olmayan təbliğat aparılır, guya sağlamlığa təsirinin olmadığı bildirilir. Lakin həyat göstərir ki, insanlar müəyyən dozada proteinə aludə olduqdan sonra onun dozasını artırırlar və bu da ürək, qan-damar sisteminə, digər orqanlara mənfi təsir göstərir. Proteinlərlə bağlı reklamların əvəzinə insanların idmana cəlb edilməsi, sağlamlığa dair roliklərin nümayişi daha yaxşı olar”.