Rusiyada son bir gündə daha 10 535 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 278 750 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 452 nəfər artaraq 87 348-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 853 734 nəfər sağalıb.