Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda yoluxma yenidən kəskin artdı STATİSTİKA

  • 2020.11.18 14:33
  • 1497 Baxış
Azərbaycanda yoluxma yenidən kəskin artdı  STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 81397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib, aktiv xəstə sayı 22256 nəfərdir.

Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.