Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Son sutkada 23 erməni COVID-19-dan öldü

  • 2020.12.24 11:12
  • 1355 Baxış
Son sutkada 23 erməni COVID-19-dan öldü

Ermənistanda daha 702 nəfərdə koronavirus aşkarlanıb.

Mdicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 156 142 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 2 714-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 663-ə yüksəlib. İndiyədək 136 766 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 15 999 aktiv koronavirus xəstəsi var.