Ermənistanda son sutkada daha 1 148 nəfərdə COVID-19 aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 192 639-a çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 515-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 892 nəfərdir. İndiyədək 173 064 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 15 168 aktiv koronavirus xəstəsi var.