Rusiyada son sutka ərzində daha 28 486 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 10 131 646 nəfərə çatıb.
Son sutka ərzində 1 133 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 294 024 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.