"Bu ilin son 3 ayı ərzində Şəki Regional Perinental Mərkəzinin Yenidoğulmuşlar şöbəsinə 488 körpə daxil olub”.
Bunu Medicina.az-a mərkəzin direktoru Ruziyyə Hüseynova deyib.
Onun sözlərinə görə, onlardan 9-u əkiz olub: "Mərkəzin Yenidoğulmuşlar şöbəsində 55 körpə reanimasiyada saxlanılıb. Başqa rayonlardan (Balakən, Mingəçevir, Zaqatala, Qax, Oğuz, Qəbələ, Dəhnə kəndi) isə mərkəzə 37 anasız yenidoğulmuş gətirilib”.
R.Hüseynova qeyd edib ki, son 3 ay ərzində mərkəzin Doğum şöbəsində ümumilikdə 522 hamilə qeydə alınıb: "Onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə cərrahi doğuş keçirib”.
O həmçinin əlavə edib ki, son illər Şəkidə ana ölümü faktı qeydə alınmayıb.