Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.
Qeyd olunub ki, suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub: "Onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin isə həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb".