Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Son günlər yoluxanlar arasında saxta peyvənd pasportu alanlar çoxdur - Tanınmış həkim

  • 2021.08.10 15:24
  • 2612 Baxış
Son günlər yoluxanlar arasında saxta peyvənd pasportu alanlar çoxdur  - Tanınmış həkim

"Son günlər yeni növ koronavirusa yoluxma hallarının sayının artması insanlarda panika yaradıb. Əsas olan yoluxmanın artması yox, ağırlaşma hallarının sayıdır. Məsələn, hər il dünyada təqribən 1 milyarda yaxın insan qrip virusuna yoluxur.

Medicina.az xəbər verir ki, bu sözləri həkim radioloq Aydın Əliyev deyib.


"Əsas yoluxma sayı yox, ağırlaşma faizidir. Odur ki, son günlərdə olan yoluxma sayının içərisində ağırlaşma faizinə baxmaq lazımdır. Əgər yeni yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin faizi aşağıdırsa, heç bir panikaya əsas yoxdur!

Yeni yoluxanların və ağırlaşanların arasında peyvənd edilənlərin sayı çox azdır!

Deməli, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır!

Nə qədər çox peyvənd edilsək, yoluxma da bir o qədər azalacaq!


Saxta peyvənd pasportu almayın! Bu həm sizə, həm də cəmiyyətə zərərlidir!

Bütün viruslar mutasiya etdikcə zəifləyir insanla yaşamağa məcbur olur!

Qorxmayın! Koronavirus da mutasiya edərək zəifləyir! Ən yaxın gələcəkdə koronavirus adiləşəcək!"