Ümrədən Türkiyəyə qayıdan 10 min 330 nəfər karantinə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Məlumatda vətəndaşların Ankara və Konyada karantində olduqları bildirilib.
Qeyd edək ki, Türkiyədə indiyə kimi 6 nəfər koronavirusa yoluxub. Onlardan sonuncusu Ümrədən gəlib.