Dünyanı caynağına keçirən ölümcül virus bu dəfə ABŞ-da bir nəfərin həyatına son qoyub.
Medicina.az dünya mətbuatına istinadən xəbər verir ki, xalq ABŞ-da koronavirusla bağlı tədbirləri qınasa da, Donald Tramp lazımi tədbirlərin görüldüyünü və virusa "çox hazır" olduqlarını açıqlamışdı.
Bu açıqlamadan qısa müddət sonra ABŞ-da bir nəfərin koronavirusdan öldüyü xəbəri gəldi.
Belə ki, ABŞ-ın Vaşinqton ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib. Cümə günü ABŞ-ın Xəstəliklərə Nəzarət və profilaktikası üzrə Mərkəzi (CDC) bildirib ki, ölkədə koronavirusa 62 yoluxma hadisəsi təsdiq edilib.