Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Son bir ildə narkotik maddələrin qəbulu nəticəsində neçə nəfər ölüb? - STATİSTİKA

  • 2024.03.14 17:35
  • 745 Baxış
Son bir ildə narkotik maddələrin qəbulu nəticəsində neçə nəfər ölüb? -  STATİSTİKA
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin verdiyi rəsmi məlumata əsasən, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 2016-cı il üzrə 39 nəfər, 2017-ci il üzrə 58 nəfər, 2018-ci il üzrə 90 nəfər, 2019-cu il üzrə 126 nəfər, 2020-ci il üzrə 160 nəfər, 2021-ci il üzrə 258 nəfər, 2022-ci il üzrə 249 nəfər, 2023-cü il üzrə 172 nəfər təşkil edib.

Medicina.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, 2023-cü il ərzində narkotik vasitələrdən aşırı doza nəticəsində 165-i kişi, 7-si qadın olmaqla ümumilikdə 172 nəfər (yanvar ayı-18 nəfər, fevral ayı-16 nəfər, mart ayı-25 nəfər, aprel ayı-9 nəfər, may ayı-14 nəfər, iyun ayı-10 nəfər, iyul ayı-20 nəfər, avqust ayı-12 nəfər, sentyabr ayı-14 nəfər, oktyabr ayı-13 nəfər, noyabr ayı-11 nəfər və dekabr ayı-10 nəfər) vəfat etmişdir ki, onlardan 18-20 yaşadək 2 nəfər, 21-29 yaşadək 23 nəfər, 30-40 yaşadək 60 nəfər, 41-50 yaşadək 58 nəfər, 50 yaş və ondan yuxarı isə 29 nəfər təşkil edir. 2022-ci illə müqayisədə ötən il aşırı doza nəticəsində ölənlərin sayı (249/172) 77 nəfər azalmışdır.

Ümumilikdə son 8 il (2016- 2023) ərzində narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 1152 nəfər olub.