Qışdan yığılan artıq çəkilərdən azad olmağın əsl vaxtı gəlib çatıb. Bu dəfə sizə son 5 ildə trend olan pəhriz növlərindən üçünü təqdim edirik. Bu pəhrilər içərisində ət sevənlər və vegeterianlar üçün də xüsusi təkliflər var.
Ət sevərlər üçün: Paleo
Buğda, lobya, maya, süd və süd məhsulları olmayan Paleo menyularda faydalı və faydasız qidalar düzgün ayrıd edilir, faydalı qidalara eyni miqdarda yer verilir, faydasız qidalar isə menyudan tamamilə çıxarılır. İdmanla məşğul olanlar üçün isə əlavə ət və ya tərəvəzli qidalar da təklif edilir.
Yağ ilə arıqladan: Ketojenik
Son günlərin ən şox müraciət edilən pəhriz forması ketojenik qidalanmadır. Bu pəhriz üsulunda karbohidratı minimuma endirib faydalı yağa daha çox yer verilir və beləliklə, çəki atmağa kömək etmiş olur. Menyunuzda zərərsiz yağlar, orqanik otlarla qidalanan heyvanlardan alınan zülal və karbohidrat olaraq da bol lifli yaşıl yarpaqlı tərəvəzlər yer alır. Bu pəhrizə uyğunlaşmaq üçün ən az 3 həftə lazımdır.
Ət yeməyənlərə məxsus: Vegeterian
Vegetarianlar üçün olan pəhriz menyusunda ətdən alınmayan zülal, karbohidrat, mineral balansını təmin edən qidalar yer alır. Rasionunuzda ətin üç qatı olan soya, dənli bitkilər, kəpək, kəpəkli buğda unu, dəmiri balansda tutmaq üçün ispanaq, yaşıl mərci, brokoli, vəzəri kimi yaşıl lifli tərəvəzlər olmalıdır.
Bakutibb