Yay mövsümü başlayandan günvurma ilə əlaqədar olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərdən 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib.
Onlardan 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.