Son 10 gün ərzində spirtli içkidən dörd nəfər zəhərlənib
Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib.
Həkim əlavə edib ki, son on gün ərzində şöbəyə müraciət edənlərin sayı nisbətən az olub:
“Xəstəxananın Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 12 nəfər, sirkə turşusu ilə dörd nəfər, dərman mənşəli allergik reaksiya ilə beş nəfər, spirtli içki ilə dörd nəfər, dəm qazından zəhərlənmə ilə bağlı bir nəfər müraciət edib. Müraciətlər arasında ölən yoxdur".
A.Maqsudov üç nəfərin ilan sancması ilə müraciət etdiyini bildirib.