Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sol böyrü üstündə yatın- Mədə həkimləri

  • 2022.08.23 14:31
  • 3237 Baxış
Sol böyrü üstündə yatın - Mədə həkimləri



Qastroenteroloqlar həzm sistemi üçün yuxuda ən uyğun pozanı açıqlayıb.


"Medicina" xəbər verir ki, gecə mədə turşusu sıçrayışlarının qarşısını almaq üçün reflüks xəstəliyi olanlara sol böyrü tərəfdə yatmaq tövsiyə olunub.

QERB adlı reflüks xəstəliyi hazırda 30% insanlarda var. Xüsusən şəhər insanlarında, gənclərdə olur.

Onun xoşagəlməz simptomları insan yuxuda olarkən aktivləşir. Mədədə qıcqırma, göynəmə, hıçqırıq, ürəkbulanma, ağızda turş dad. gəyirmə, sinədə və kürəkdə yanğı, öskürək - bunlar reflüksün simptomlarıdır.

Öncəki elmi araşdırmalar göstərmişdi ki, sağ böyrü üstdə yuxu uzun müddət mədə turşusunun qida borusunda qalmasına səbəb olur. Bu da qida borusunu aşındırır, hətta bronxlara da sıçrayır.

Amsterdam universitetinin alimləri yeni elmi araşdırmada 56 nəfər reflüks xəstəliyi olan xəstələrin yuxu monitorinqini aparıb. Onlar müxtəlif pozalarda yatıb, həkimlər isə qida borusunun peristaltikasını izləyiblər.


Nəticələrə görə, sağ böyrü üstə və kürəyi üstə yatış pozasından fərqli olaraq sol böyrü üstə yatmaq mədə şirəsinin qida borusuna geri qayıdışının vaxtını və qida borusunda qalma müddətini azaldır.


Yəni geri axıntı olsa da bu təsir yandırıcı olmur.

Ona görə də alimlər reflüks problemi olanlara hündür yastıqda və sol böyrü üstə yatmağı tövsiyə edir. Bu gecə narahatlığını azaldacaq, qida borusunu qoruyacaq.

Aygün Musayeva