Mütəxəssislər bayramların vazkeçilməzi olan şokoladla bağlı xəbərdarlıq edib. Xüsusilə üzlüklü məhsullar, desertlər və qənnadı məmulatlarında əlaltı istehsal sağlamlıq üçün ciddi risklər yaradır.
Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis Umut Ayana qida təhlükəsizliyi mövzusunda xəbərdarlıq edib.
Ayana alış-veriş zamanı diqqət edilməli olan məqamları bölüşüb.
Umut Ayana bazarda gigiyena və keyfiyyət standartlarına uyğun olmayan bir çox məhsulların olduğuna diqqət çəkib:
"Açıq şəkildə satılan, istehsalçısı məlum olmayan və qiymətləri çox aşağı olan məhsullar sağlamlığınızı təhdid edə bilər. Belə qidalar qeyri-gigiyenik şəraitdə istehsal olunur və tərkibində nə olduğu bilinmir. Ona görə də etibarlı markaların məhsullarına, yoxlanılan müəssisələrin məhsullarına üstünlük verilməlidir.
Əsl şokoladın tərkibində kakao yağı var və ağızda hamar bir dad yaradar. Ancaq bəzi istehsalçılar kakao yağı yerinə trans yağ ehtiva edən bitki yağlarından istifadə edirlər. Belə məhsullar əldə tutulduqda tez əriyir və ağızda mütləq yağlılıq hissi buraxır."
Aygün
Medicina.az