Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şokoladın inanılmaz təsiri: diş əti xəstəliklərinin qarşısını alır

  • 2024.07.08 14:47
  • 784 Baxış
Şokoladın inanılmaz təsiri:  diş əti xəstəliklərinin qarşısını alır
Alimlər şokoladla bağlı hamını təəccübləndirən açıqlama ilə gündəmə gəliblər.

Medicina.az xəbər verir ki, yeni araşdırmaya görə, şokolad yemək diş əti xəstəlikləri riskini yarıbayarı azaldır.
Alimlər şokolad yeməyin diş əti sağlamlığı üçün faydalı olduğunu üzə çıxarıblar.

Tədqiqatçılar buna xüsusən də tünd şokoladda olan antioksidantların səbəb olduğunu düşünürlər.

Çinin Chongqing Tibb Universitetinin tədqiqatında 40-69 yaş arası 500 mindən çox insanın həyat tərzi və sağlamlıq məlumatları təhlil edilib.

Bunun üçün Böyük Britaniya Biobankının məlumatlarından istifadə edilib.

Məlum olub ki, diş əti xəstəliyinə tutulma riskini şokolad və pendir 54 faiz, duzsuz fıstıq isə 71 faiz azaldır.

“Frontiers In Genetics” jurnalının araşdırmasına görə, düyü isə bu riski 58 faiz azalda bilər.

Xüsusilə tünd şokoladın flavonoidlər və digər antioksidanlar sayəsində diş əti xəstəliklərində iltihab əleyhinə təsir göstərdiyi bildirilir.

Filtrli qəhvə içməyin isə diş əti xəstəliklərinin yaranma ehtimalını 42 faiz artırdığı anlaşılıb.

Tədqiqatçılar az kalorili içkilərin tərkibindəki əlavələrin diş ətinin sağlamlığına mənfi təsir göstərə biləcəyini nəzərə çatdırıblar.


Aysel