Qara şokolad görmə qabiliyyətini yaxşılaşdırır.
Medicina.az xəbər verir ki, amerikalı alimlər bu barədə məlumat yayıblar.
Tədqiqat zamanı orta yaşı 26 olan 30 nəfər iştirak edib. Onlar iki qrupa bölünüb.
Birinci qrupdan olan könüllülərə 42 qram 72 faizlik şokolad, digər qrupun üzvlərinə eyni çəkidə olan, ancaq düyü südündən hazırlanmış dördbucaq şokolad verilib.
İki saatdan sonra sınaqda iştirak edən bütün könüllülər göz müayinəsindən keçirilib. Nəticədə qara şokolad yeyən iştirakçıların görmə qabiliyyətinin daha da artdığı müşahidə edilib.