Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şokolada olan sevgi bu problemdən xəbər verir

  • 2023.04.20 15:26
  • 2570 Baxış
Şokolada olan sevgi bu problemdən xəbər verir
Bir çox insanlar, xüsusən uşaq və qadınlar şokoladı gündəlik qida mənbəyi kimi seçib və onsuz bir günü keçmir.
İnsan bədəninin ən yaxşı şəkildə işləməsi üçün müəyyən vitamin və minerallara ehtiyacı var.

“Medicina” xəbər verir ki, ehtiyacımız olan qida maddələrinin çoxunu qidadan əldə edə bilərik.

Lakin bəzi hallarda biz kifayət qədər vitamin və mineral ala bilmirik. Maqnezium vacib bir mineraldır və bədəndə 300-dən çox fermentativ reaksiya üçün tələb olunur. Paxlalılar, tünd yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, toxumlar, bütün taxıllar və zənginləşdirilmiş dənli bitkilər kimi bitki qidalarında olur. Həm də balıq, quş və mal ətində olur.

Həkim – diyetoloq İqor Strokovun sozlərinə görə, şokolad istəkləri bədənin maqnezium əskikliyi yaşadığını göstərə bilər. Şokolad, xüsusilə də tünd şokolad yüksək kakao tərkibinə görə maqneziumla zəngin qidalardan biridir. Şokolad nə qədər tünd olarsa, tərkibində bir o qədər qiymətli mineral olur.

Müəyyən miqdarda şokolad yemək maqnezium səviyyəsini artırmağa kömək edə bilər.

Böyük bir tünd şokolad plitkası gündəlik maqnezium ehtiyacınızın 70%-dən çoxunu ödəyə bilər.

Bununla belə, şirniyyat yüksək kalorili olduğu üçün ölçülü şəkildə istehlak edilməlidir. Gündəlik maqnezium ehtiyacınızı ödəmək üçün istifadə edilə bilən balqabaq toxumu, badam, banan, əncir və ya ispanaq kimi daha sağlam alternativlər var.

Aygün Musayeva