Tez bir zamanda çəki vermək üçün edilən “şok” diyetlər orqanizmi zəiflədərək xəstəliklərə yol açar.
Medicina.az xəbər verir ki, türkiyəli diyetoloq Elif Topuz bu tip diyetlərin zərərləri barədə danışıb:
“Hər il yaz sezonuna girərkən çəki ilə bağlı problemlərimiz yaranır. Xüsusən bu il pandemiya səbəbinə görə, çəki ilə bağlı problemlər daha da artıb. Bu zaman isə insanların ağlına “şok” dietlər gəlir”.
"ŞOK DİYETLƏR ORQANİZMİ ZƏİFLƏDİR"
"Ümumiyyətlə, pəhriz siyahınız mütəxəssislər tərəfindən hazırlanmalıdır. Qısa müddətdə çox və sürətli çəki verdirən bu diyetlər xüsusən vücudunuzun ehtiyacı olan kalorinin alınmamasına yol açır. Buna bağlı olaraq vitamin və mineral alımında da enmə müşahidə edilir. İmmun sistemi ilə birbaşa bağlı olan bu durum özəlliklə keçirdiyimiz pandemiyada heç istəmədiyimiz bir haldır”.
"ÇOX AŞAĞI KALORİLİ DİYETLƏR ƏZƏLƏLƏRİN AZALMASINA SƏBƏB OLA BİLƏR"
"Uzun müddət bu diyetlərə davam etmək metabolizma sürətinin yavaşlamasına səbəb olar. Bu tip diyetlər diyetoloq nəzarəti ilə 5 gün edilməlidir. Uzun müddət davam etməsi verdiyiniz kilonun iləridə daha çox çox geri qayıtmasına səbəb olar. Qalıcı və düzgün çəki verməyin yolu sağlam qidalanmadan keçir. Orqanizmin ehtiyacı olan kalori mütləq alınmalıdır. Bunun sayəsində də verdiyiniz çəkilər qalıcı olacaq”.