Bir çoxlarınız nənələrinizdən soğan suyunun saçlara olan faydası haqqında yəqin ki, eşitmisiniz.
"Medicina" xəbər verir ki, soğan suyu saç köklərini möhkəmləndirərək onların tökülməsinin qarşısını alır. Soğan suyu saç dərisini problemlərini də həll edərək tük köklərini möhkəmləndirir və saçların uzanmasına səbəb olur, saçqıranlardan azad edir.
Soğan suyunun faydaları haqqında bir çox ölkələrin dermotoloji jurnallarında da məqalələr çap edilmişdir. Məqalələrdə saçların ağarmasında saç köklərində yığılıb qalan hidrogen peroksid maddəsinin səbəb olduğu barədə yazılar da dərc olunub. Yazılarda saçların ağarmasında tüklərin dibində olan katalaz maddəsinin az olduğunun da rolu olduğu qeyd edilir. Katalaz saçların ağarmasının qarşısını almaqla yanaşı, tükləri də qalınlaşdırır.Katalazın əmələ gəlməsində isə soğan suyu mühüm rol oynayır. Buna görə də mütəxəssislər soğan suyunun saçların ağarması prosesini ləngitdiyini, saçları möhkəmlətdiyini və uzanmasına kömək etdiyini söyləyirlər.
Soğan suyu antibakterial təsirə malik olduğu üçün saç dərisindəki infeksiyaların da sağalmasına səbəb olduğuna görə bir çox dermatoloqlar saç problemləri olan xəstələrə soğan suyudan istifadə etməyi tövsiyə edirlər. (milli.az)