Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soğan qabığından çay – 7 dərdin dərmanı

  • 2023.07.25 16:15
  • 2464 Baxış
Soğan qabığından çay  – 7 dərdin dərmanı

Elmi araşdırmalara görə, quru qabıqların faydaları soğanın özündən daha çoxdur.


“Medicina” xəbər verir ki, həkim – fitoterapevt Lyudmila Volkovanın sözlərinə görə, hətta əks göstərişlərə görə soğandan istifadə edə bilməyən, soğan qabığından infuziya və çayları tamamilə təhlükəsiz içə və sağlamlıqlarını yaxşılaşdıra bilərlər.



“Quru soğan yarpaqlarının tərkibində olan ən vacib maddə kversetindir. Bu flavonoid xərçəng hüceyrələrinin düşmənidir və şişlərin yaranmasının qarşısını effektiv şəkildə alır. Kversetin preparatları döş, ağciyər, qan, kolon və prostat xərçənginin müalicəsi üçün terapiyanın bir hissəsi kimi istifadə olunur.


Qabıqda da çoxlu tokoferol var. Bu antioksidant sərbəst radikalları bağlayır və hüceyrə səviyyəsində patoloji proseslərin inkişafına mane olur.


Sübut edilib ki, soğan qabığında olan maddələr kompleksi ürək-damar və sinir sistemlərinin fəaliyyətini yaxşılaşdırmağa kömək edir, böyrək və qaraciyərə faydalı təsir göstərir, orqanizmi tonlayır və gücləndirir.

Soğan qabığından çayın hazırlanması qaydası aşağıdakı kimidir:

Quru yarpaqları litr başına iki qaşıq nisbətində bir termosa əlavə edib, qaynar su tökün. Bir gecə dəmləməyə qoyun. Səhər soğan qabığından hazırlanan çay hazırdır.

Maksimum doza məhdud deyil, lakin xüsusi dadına görə mütəxəssislər gündə ən azı yarım stəkan bu dəmləmədən içməyi məsləhət görürlər. Kursun müddəti iki ilə dörd həftə arasıdır”.

Günay Quluzadə