Göz yaşlarımızın yaranmasında üzvi kimya qanunları və gözün selikli qişasını qıcıqlandıran maddə olan lakrimasiya (göz yaşı) faktoru günahkardır.
“Medicina” xəbər verir ki, göz hüceyrələrində olan üzvi birləşmələr, sistein sulfoksidlər, alliinaza fermentindən ayrı saxlanılır. Ancaq soğan doğramağa başlayan kimi iki maddəni ayıran maneələr qırılır və onlar birləşirlər. Nəticədə kimyəvi reaksiya baş verir - alliinazın təsiri altında sistein sulfoksidlər sulfon turşusuna çevrilir.
Sülfon turşusu çox sabit deyil, qismən qatılaşır və üzvi kükürd birləşməsinə çevrilir.
Bundan əlavə, sulfon turşusu soğan hüceyrələrində mövcud olan başqa bir fermentlə birləşərək lakrimator faktoruna - uçucu üzvi birləşməyə çevrilir, havadan gözlərə çatır və onların selikli qişasının həssas sinir uclarını qıcıqlandırır. Göz yaşları gözlərdən axmağa başlayır - lakrimal vəzlərin aktiv işinin köməyi ilə gözlər qıcıqlandırıcıdan xilas olmağa çalışır.
Alimlərin sözlərinə hörə, çox güman ki, həm üzvi kükürd birləşmələri, həm də lakrimator faktoru soğanda təkamül prosesində qoruyucu mexanizm kimi meydana çıxıb. Güclü kəskin qoxu, dad və "gözyaşardıcı qaz" bitkiyə zərər verə bilən heyvanları, həşəratları və ya parazitləri qorxutmaq üçün nəzərdə tutulub.
Soğan doğrayarkən, gözlərinizdən yaş axmasına dözə bilmirsinizsə, eynək taxa və ya üzünüzü plastik ekranla qoruya bilərsiniz.
Bundan əlavə, bıçağın nə qədər yaxşı itiləndiyinə diqqət yetirin, nə qədər kəskin olsa, bir o qədər yaxşıdır. Çünki iti bıçaq kütdən daha az hüceyrə membranlarına zərər verir və nəticədə havada daha az "gözyaşardıcı qaz" görünür. Başqa bir yol, soğanı yaş bıçaqla kəsməkdir. Su ilə əlaqə quraraq, uçucu lakrimator faktorunun bir hissəsi maye halına çevrilərək "zərərsizləşdiriləcək".
Günay Quluzadə