Soğan alarkən diqqət etməli olduğunuz bir neçə məsləhət, ən təzəsini almanızı asanlaşdıracaq və aldığınız soğanların uzun müddət saxlanmasını təmin edəcək.
Medicina.az xəbər verir ki, soğan dadı və sağlamlığa faydaları ilə hər zaman süfrədədir. İmmunitet sistemini gücləndirən, qan şəkərini tarazlaşdıran və ürək sağlamlığını qoruyan bu möcüzə tərəvəz bütün dünyada ən çox yeyilən qidalardan biridir.
Bəs, soğan alarkən nələrə diqqət etməliyik?
Hər tərəvəz və meyvədə olduğu kimi soğanda da təzəlik çox vacibdir. Bu səbəbdən soğan alarkən mütləq gövdəsi saçaqlı olanları seçin.
Qabığı asanlıqla soyulan soğanlardan uzaq durun və qabığı asan soyulmayanları seçin. Çünki qabığı tez soyulan soğan köhnə olur.
Aygün
Medicina.az