Dədə-babadan türkəçarə metodu olan çay sodası ilə boğaz yaxalamaq tibbi baxımdan faydalıdırmı?
“Medicina” xəbər verir ki, terapevt Kseniya İvanova bu metoda fikrini bildirib.
“Boğazın selikli qişası çox həssasdır.Onu hər məhlulla qarqara etmək olmaz.
Dərman vasitələrinin reyestirində soda – hidrokarbonat natriy kəskin infeksion xəstəliklərdə ağız boşluğu və boğazı terapiya vasitəsi kimi qeyd edilib. Amma bu köhnəlmiş vasitədir.
Reyestrdə dəqiq qeyd olunub ki, qarqara üçün neçə qram soda lazımdır. Hidrokarbonat selikli qişalar iltihabı üçün az effektivdir, əksinə zərəri var.
Ev şəraitində boğaza yod, bitki və çay sodasını qarışdırıb qarqara etmək risklidir. Orqanizm bu maddələrə ağlagəlməz dərəcədə əks reaksiya verə bilər. Boğazı həkimin təyin etdiyi məhlullarla dezinfeksiya etmək lazımdır. İndi sodadan effektli və təhlükəsiz vasitələr çoxdur”.
Aygün