Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soda içənlərdə qida borusu xərçəngi ola bilər – Həkim

  • 2025.01.07 12:04
  • 594 Baxış
Soda içənlərdə qida borusu xərçəngi ola bilər  – Həkim

İnsanlar alternativ müalicə kimi internetdə çox yayılan sodalı reseptlərə çox meyillidir. Soda uzun illərdir həm də mədə qıcqırması, göynəməsi zamanı içilir. Lakin bu vasitə nə qədər təriflənsə də, daxilə qəbul üçün deyil.


“Medicina” xəbər verir ki, həkim Oksana Levina sodanın qida borusu xərçəngi riskini artırdığını bildirib:


“Soda vasitəsilə öskürək, mədə yanması və ya həzm problemini həll etmək və onu tez-tez hətta suda söndürüb içmək qida borusu selikli qişasında iltihabi proses yaradır.


Soda həqiqətən qələvi təsir edir, həmin an yanmanı sanki alova köpük səpirmiş kimi söndürür. Amma sonradan mədədə buna alışqanlıq yaranır və mədə daha çox turşu hasil etməyə başlayır.

Ona görə soda simptomların intensivliyini artırır.


Bu da eroziyalı ezofagitə və hətta qida borusu Barretasına səbəb ola bilər. Bu proses isə gələcəkdə onkologiyaya qapıdır. Ona görə lazım oldu olmadı suya soda qatıb xüsusən acqarına içmək olmaz”.


Aygün M