İşdən çıxarılan həkim Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlını məhkəməyə verib.
Medicina.az xəbər verir ki, bu barədə Unikal.org-a Talassemiya və Profilaktika şöbəsinin keçmiş müdiri, həkim Aysel Ərdoğan bildirib.
O, qeyd edib ki, qanunsuz olaraq işdən çıxarılıb:
“Milli Hematologiya və Transfuziologiya Mərkəzi nəzdində şöbənin müdiri olmuşam. Heç bir əsas olmadan əmək müqaviləmə xitam verilib. Əmək müqaviləsi olmadan həkim lobarant vəzifəsinə təyin ediblər. Bununla da Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinib (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov əmək qanunvericiliyini kobud şəkildə pozub. Məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmişik. İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq. İş icraata götürülüb. Ümid edirəm ki, məhkəmə ədalətli qərar çıxaracaq. Özüm ikinci qrup əliləm. 2012-ci ildən etibarən yaradılan strateji lobarotoriyada işləyirəm. Ramin Bayramlı köhnə işçiləri çıxararaq, öz layiqsiz kadrlarını bura yerləşdirir”.