Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.
Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyevin sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.
Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.
SMS icazə sistemi ilə bağlı problem bir neçə gündə meydana çıxıb. Belə ki. istifadəçilər 1 indeksi üzrə icazə alındıqdan sonra növbəti indeks üzrə SMS-lərinə rədd cavabaı verdiklərini bildiirblər.
Bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.